Əsas məzmuna keç
Marketinq Camal LTD

Xronologiya

Camal LTD Marketinq departamentinin gördüyü işlər, ay-ay.

Aprel 2026 – bu gün: 30 iş

12
Tədbirlər
7
Kampaniyalar
1
Kataloqlar və təqdimatlar
2
POS və brendinq
5
Rəqəmsal
1
Strategiya və brend
2
PR və media

Buraxılış 01

Aprel 2026

Başlanğıc

Marketinq departamenti sıfırdan quruldu: komanda, büdcə və infrastruktur yox idi. İlk iş brendlərin yerini müəyyənləşdirmək oldu.

Aprel 2026
Strategiya və brend

Brend arxitekturası: iki brend, iki yol

Iceland ayrıca dondurma brendi, Camal LTD isə donmuş məhsullar sektorunun lideri kimi mövqeləndirildi. Loqo, stilistika və mini brendbuk hazırlandı.

Buraxılış 02

May 2026

Plan

Kataloqlar və satış akademiyasının proqramı hazırlandı, ilk açıq tədbir keçirildi.

31.05.2026
Tədbirlər

«Balaca Yaradıcılar Şəhəri»

Abşeron ticarət mərkəzində keçirilən uşaq tədbirində promouter, Iceland maskotu, brendli soyuducular və fotozona ilə iştirak etdik.

Buraxılış 03

İyun 2026

Mövsümə hazırlıq

Uşaqlar Günü, 27 brendin hekayəsi, bütün yay üçün kontent təqvimi və korporativ portalın ilk planı.

Buraxılış 04

İyul 2026

Yayın zirvəsi

Yeni məhsul seriyası, iki müsabiqə, Yay Festivalı, partnyor aktivasiyaları və yeni saytların qurulmasına başlanğıc.

01–28.07.2026
Kampaniyalar

İyul seriyası: 7 məhsul, 28 gün

Bakılı Qız (Bakılılar Günü), Iceland 900 q, Bella, Leon, Gelato D'oro, Luna və Sevgi vedrə ardıcıl təqdim olundu.

Seriyada cəmi 9 məhsul

İyul 2026
Tədbirlər

ASAN Xidmət 14 yaşında

ASAN Xidmətin 14 illiyi münasibətilə Iceland aktivasiyası təşkil olundu.

İyul 2026
Kampaniyalar

#iceverynice video müsabiqəsi

Real və AI video kateqoriyaları olan müsabiqə xüsusi musiqi bəstəsi ilə keçirildi.

300+ soyuducu paylaşımı

05–25.07.2026
Kampaniyalar

«İsti yay, sərin qiymət»: Yay Festivalı

Üç firma mağazasında (Xətai, Nəsimi, Sulutəpə) 20 günlük festival keçirildi. Qiymət cədvəli, mağaza lövhələri, heyət brifinqi və sosial media planı hazırlandı.

28 çeşid, 20 gün

25.07–02.08.2026
Kampaniyalar

Soyuducu video müsabiqəsi

İştirakçılar Iceland soyuducusundan dondurma götürdükləri videonu paylaşdılar. Qaliblər 03.08.2026-da seçildi.

Buraxılış 05

Avqust 2026

Tədbirlər ayı

Iceland saytı hazır oldu. Dondurma Festivalı, beş aktivasiya, AQTA sədrinin zavoda səfəri və «Brend Hekayələri» lightbox seriyası.

Avqust 2026
POS və brendinq

«Brend Hekayələri» lightbox seriyası

Iceland mağazaları üçün hər brendə ayrıca poster: öz brendlərimiz və partnyor brendlər.

14 poster (75×90 sm) + 1 maskot posteri (75×120 sm)

06–23.08.2026
Kampaniyalar

Dondurma Festivalı

Firma mağazalarında yayın ikinci festivalı keçirildi.

07.08.2026
Tədbirlər

OBA Market aktivasiyası

OBA Market əməkdaşları üçün aktivasiya: tədbir materialları və fotozona.

21.08.2026
PR və media

AQTA sədrinin zavoda səfəri

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Iceland dondurmalarının istehsalını ziyarət etdi. Səfər sosial mediada və xəbər saytlarında işıqlandırıldı.

22.08.2026
Tədbirlər

HR Institute aktivasiyası

«Kadr» söz oyunu üzərində qurulmuş fotozona ilə aktivasiya. Paylaşım: 11.09.2026.

30.08.2026
Tədbirlər

Əncir Festivalı

Qala Qoruğunda keçirilən Əncir Festivalında iştirak.

Avqust 2026
Rəqəmsal

Iceland saytı hazır oldu: icelandaz.com

İyulun əvvəlində başlanan istehlakçı saytı avqustun sonunda hazır oldu: AZ, RU, EN dillərində məhsul kataloqu, brendlər, xəbərlər və çek qeydiyyatı ilə kampaniya sistemi. Sayt iceland.az ünvanına keçiriləcək.

13 kateqoriya, 29 brend, 103 məhsul

Buraxılış 06

Sentyabr 2026

Rəqəmsal keçid

camal.az hazır oldu, qış planı quruldu, komanda genişlənir.

Sentyabr 2026
Rəqəmsal

camal.az hazır oldu

Iceland saytı ilə paralel qurulan korporativ (B2B) sayt sentyabrın sonunda hazır oldu: brendlər üzrə kataloq, imkanlar, karyera və CV bankı, filiallar xəritəsi, müraciətlər.

20 brend, 86 məhsul

Buraxılış 07

Oktyabr 2026

Sistem

Təchizatçı çağırışı, sektor kataloqları, çeşid analitikası və marketing.camal.az platforması.

Oktyabr 2026
Kataloqlar və təqdimatlar Davam edir

Sektor kataloqları

HoReCa, xammal, donmuş qida, dondurma üzrə və ümumi kataloq, şirkətin 2027 kataloqu, həmçinin distribüsiya etdiyimiz brendlərin AZ, RU, EN kataloq və təqdimatları hazırlanır.

20.10.2026
Rəqəmsal

marketing.camal.az

Marketinq departamentinin platforması: təchizatçılar, ifaçılar, əməkdaşlar və partnyorlar üçün vahid ünvan.